waplog

İnformasiya Texnologiyaları İnstitutu elmi ictimaiyyət üçün hostinq xidmətləri təklif edir


Son dövrlərdə "AzScienceNet" elm kompüter şəbəkəsinin (EKŞ) infrastrukturunun müasir kompüter avadanlıqları və yeni texnologiyalar əsasında qurulması şəbəkədə yeni xidmət sahələrinin yaradılmasına geniş imkanlar yaradıb. İnternet şəbəkəsinə çıxış sürəti 150 Mb/saniyə olan "AzScienceNet" EKŞ fasiləsiz qida mənbəyi, yanğından mühafizə, kondisioner sistemləri və s. ilə təchiz edilib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) məlumat verilib. İnstitutdan bildirilib ki, bütün bunlar şəbəkənin gün ərzində 24 saat istifadəçilərə yüksək səviyyədə fasiləsiz xidmət etməsinə imkan yaradır:

"Bu imkanlar nəzərə alınaraq, AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən "AzScienceNet" elm kompüter şəbəkəsinin serverlərində AMEA-nın institut və təşkilatlarına veb-resurslarının təmənnasız olaraq yerləşdirilməsi və onlara hostinq xidmətlərinin göstərilməsi təklif edilir. Bu xidmətdən istifadə etmək üçün AMEA İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyinə rəsmi müraciət edilməsi xahiş olunur".

Bununla da "AzScienceNet" Elm Kompüter Şəbəkəsində respublikanın elm və təhsil müəssisələri üçün onlayn videokonfransların, regionlar üçün distant tədris və digər xidmətlərin təşkili, EKŞ-nin serverlərində yerləşdirilmiş saytlarda hostinq xidmətlərinin genişləndirilməsi məqsədilə müştəri portallarının yaradılması, eləcə də AMEA-nın institut və təşkilatlarında beynəlxalq videokonfransların keçirilməsi imkanlarını reallaşdırmaq mümkündür.

Həmçinin AMEA-nın institut və təşkilatlarının veb-saytlarının "AzScienceNet" şəbəkəsində yerləşdirilməsi həmin saytların daha təhlükəsiz və səmərəli idarə olunmasına imkan yaradacaq.

Qeyd edək ki, hostinq xidməti veb-səhifələrin, veb-saytların, veb-portalların və digər veb üzərində işləyən proqramların institutun serverlərində yerləşdirilməsinə cavab verir.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL