waplog

BMT qaçqınların problemlərini İKT-dən istifadə etməklə həll edir


Müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) insan həyatının bütün sferalarını dəyişdirir, həmçinin humanitar əməliyyatları sadələşdirir.

Belə ki, BMT-nin Cənubi Sudanda Qaçqınların işləri üzrə Baş Komissarın Ofisi (CSQİBKO) müdafiə məsələləri ilə əlaqədar olaraq öz qəyyumluğu altında olan peyk təsvirlərindən istifadə edir, barmaqların və mətn mesajının izlərinin çıxardılması üçün rəqəmli imkanlardan yararlanır. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə BMT rəsmi internet səhifəsində informasiya yayıb.

Qurum bildirir ki, bir müddət bundan əvvəl CSQİBKO barmaq izlərinin rəqəmsallaşdırılması texnologiyasından istifadə etməklə Cənubi Sudanda seçicilərin birinci biometriya qeydiyyatını həyata keçirib. Bu zaman təxminən 200 min qaçqın haqqında verilənlər standart məlumat bazasına yerləşdirilib. Hesab olunur ki, biometriya qeydiyyatını göstərməklə qaçqınlara daha effektiv yardım etmək mümkün olacaq. Cənubi Sudanın ən böyük qaçqın düşərgələrindən biri "Yida»dır. Düşərgədə təxminən 65 min insan sığınacaq tapıb.

Burada qaçqınların çoxsaylı qeydiyyat, planlaşdırma aparmaq və eləcə də humanitar yardımları vaxtında çatdırmaq üçün növbələrin, vaxt itkisinin yaranmaması ilə əlaqədar olaraq biometrik məlumatların toplanması son dərəcə əhəmiyyətlidir. «Bu düşərgə sərhədə yaxın ərazidə yerləşir. Ona görə də qaçqınlar öz həyatlarını tez-tez risk altında qoyaraq doğma yurdlarına baş çəkirlər. Sərhəd vasitəsilə insanların bu cür axınları qaçqınların sayını və kimliyi ilə bağlı tələb olunan lazımi qeydiyyat prosesini aparmağı çətinləşdirir, amma yeni texnologiyalar belə problemlərdən qurtulmağa imkan yaradır».

Qaçqınlar digər problemlərlə isə Jubada rastlaşırlar. Bütün paytaxt üzrə təxminən 6000-dən çox qaçqın məskunlaşıb. Onlar müdafiəyə və dəstəyə ehtiyac duyurlar. BMT bildirir ki, kommunikasiya vasitələrinin yoxluğu öz ərazilərindən didərgin düşmüş insanlarla əlaqənin qaydaya salınması yolunda əsas maneə idi. İndi yeni texnologiyalar bu problemləri də həll etməyə kömək edir.

«İcmaların liderləri UVKB telefon xəbərlərinin (mesajlarının) köməyi ilə insanlar arasında əlaqələri normal hala gətiriblər. Qaçqınlar da öz növbələrində həmin məlumatlarla bağlı bir-birilərini telefon vasitəsilə xəbərdar edirlər. Seçicilərin bu yaxınlardakı qeydiyyatlarının gedişatında məlum olub ki, Jubada praktik olaraq bütün qaçqınlar mobil telefona malikdirlər, eləcə də onların qohumları və ya dostları da mobil telefonlardan istifadə edir».

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL