waplog

Kağızdan ev hazırlanıb


Söhbət tikintidən gedəndə kağız insanın ağlına gələn birinci material deyil. Bununla belə, memarlar Ben və Daniel Drats tikintidə kağızdan istifadə etməyə qərar verərək emal edilmiş 550 kağız bağlamasından bina qurublar.

Qardaşlar bildirib ki, kağız emalı ilə məşğul olan fabrikin yanından keçdikdə və böyük sayda preslənmiş kağız tayı gördükdə bu ideya onların ağlına gəlib. Bu kağız taylarının yağışın təsirinə məruz qalmaması onları heyrətləndirib.

"ICTnews.az" elektron xəbər xidməti "gizmonews.ru" saytına istinadən bildirir ki, 185 kvadrat metrlik kiçik kağız bina artıq güclü külək və leysan yağış üzərində sınaqdan keçirilib. Bina, sadəcə, müvəqqəti konstruksiya kimi düşünülsə də, lakin qardaşlar hazırda belə binanın nə qədər duruş gətirəcəyini öyrənmək istəyir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL