waplog

6.1 düymlü “ağıllı” telefon


"Huawei" şirkəti "CES 2013" sərgisində "Android" mobil əməliyyat sistemi ilə işləyən 6,1 düymlü "ağıllı" telefonunu təqdim etməklə tamaşaçıları heyrətləndirib. "Ağıllı" telefon istehsalçılarının 5,5 düymlü ekranla kifayətlənəcəyi hesab edilirdi, çünki böyük diaqonallı ekran əksər istifadəçilər üçün rahat deyil.

Lakin "Huawei" şirkəti cəsarətli addım ataraq 6.1 düymlü "ağıllı" telefonunu təqdim edib. "ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "Ascend Mate" "ağıllı" telefonu 1280x720 nöqtə təsvir ölçülü 6,1 düymlü sensor ekran, həmçinin "Magic Touch" texnologiyası ilə təchiz edilib. Bu texnologiya sayəsində əlcəkdə belə ekranla əlaqə yaratmaq mümkündür.

Smartfon, həmçinin 1.8 QHs takt tezliyində işləyən dördnüvəli "HiSilicon K3V3" prosessoru, 2 QB əməli yaddaş və 8 QB daxili yaddaş, həmçinin 8 meqapikselli kamera ilə təchiz edilib. Akkumulyator batareyasının tutumu 4050 milliamper/saata bərabərdir. "Ascend Mate" "ağıllı" telefonuna "Android Jelly Bean 4.1.2" platforması quraşdırılıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL