waplog

Ən böyük sərt disk istehsalçısı 3,6 milyard dollar qazanıb


Ən böyük sərt disk istehsalçılarından biri “Seagate Technology” şirkəti ikinci maliyyə rübündə iş fəaliyyətinin ilkin nəticələrini elan edib. Yekun hesabat 2013-cü il yanvarın 28-də təqdim ediləcək. “ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, hesabatın nəticəsinə əsasən, “Seagate”-ın mədaxili 3,6 milyard dollar təşkil edib.

“Seagate” ticarət markası altında verilənlərin saxlanılması qurğularının tədarük həcmi 58 milyon təşkil edib. “Seagate”-in saytında dərc edilmiş press-relizə əsasən, ikinci maliyyə rübündə şirkət 1,1 milyard dollar həcmində dividend ödəyib. "Seagate” öz gücünə arxayındır və dividendlərin artırılması haqqında qərar şirkətin nağd pulunun sabit axınına sübutdur. Biz gələcəkdə də kapitalın bir hissəsini öz səhmdarlarına geri qaytarmaq və biznesin inkişafına sərmayə yatırmaq niyyətindəyik" – “Seagate” şirkətinin idarə sədri və baş icraçı direktoru Stiv Luso bildirib.

“Seagate” aparıcı sərt disk istehsalçıları siyahısında ikinci yerdə qərarlaşıb. Analitiklərin hesablamalarına görə, 2012-ci ilin üçüncü rübündə şirkət 57,6 milyon sərt disk istehsal edib və 41 faiz bazar payı deməkdir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL