waplog

İKT texnologiyalarından istifadənin elmi əsasları üzrə tədqiqatlar aparılıb


Təhsil Nazirliyinin sifarişi ilə bir sıra mövzularda tədqiqatlar aparılıb. Təhsil Problemləri İnstitutunda 2012-ci ildə, əsasən tətbiqi xarakterli mövzular araşdırılıb.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov məlumat verib. İnstitut direktoru tədqiqat mövzuları müəyyənləşdirilərkən Təhsil Nazirliyinin müvafiq şöbələrinin və Dünya Bankının təhsil üzrə beynəlxalq məsləhətçilərinin tövsiyələrinin nəzərə alındığını bildirib.

Müəyyənləşdirilmiş mövzular üzrə konkret tədqiqatların aparıldığını söyləyən A.Mehrabov xüsusi olaraq ibtidai siniflərdə fənn kurikulumlarının tətbiqi, beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin təşkili, uşaqların məktəbə müsabiqə yolu ilə qəbulu problemləri, yeni fənn kurikulumları əsasında hazırlanmış dərslik komplektlərinin təhlili və təkmilləşdirilməsi, təlim prosesində yeni pedaqoji və İKT texnologiyalarından istifadənin elmi əsasları və təlimin keyfiyyətinə onun təsiri, ümumi təhsildə şagird nailiyyətlərinin qiymətləndirilməsi (buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, milli qiymətləndirmə və TİMSS, PİRLS beynəlxalq qiymətləndirmə proqramları) nəticələrin təhlili, ümumi təhsildə qiymətləndirmə standartlarının təkmilləşdirilməsi və qiymətləndirmə vasitələrinin tədqiqi məsələlərinə önəm verildiyini açıqlayıb.

A.Mehrabov, həmçinin tədqiqat mövzularında «Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010)» çərçivəsində həyata keçirilmiş tədbirlərin nəticələrinin təhlili və qiymətləndirilməsi, ilkin peşə-ixtisas təhsili sahəsində peşələr üzrə təhsil proqramlarının (kurikulumların) hazırlanması və tətbiqi, əlavə təhsilin müasir yanaşmalar əsasında təşkili problemləri, müxtəlif regionlarda qızların ümumi təhsilə cəlb edilməsi sahəsində mövcud olan problemlər, ümumi təhsil müəssisələrində fənlər üzrə tədris yükünün tənzimlənməsi problemləri, ilkin müəllim hazırlığı üzrə ibtidai təhsil proqramlarının məzmununun mövcud vəziyyəti və yeni fənn kurikulumları baxımından təkmilləşdirilməsi, eləcə də digər bu kimi məsələlərin əhatə edildiyini vurğulayıb və onların mahiyyəti haqqında ətraflı məlumat verib.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL