waplog

Texnoloji həllə təchiz edilmiş sauna sağlamlığa xeyirlidir


Bir çoxları gərgin işdən sonra saunada dincəlməyi, orqanizmini təmizləməyi düşünür. "ICTnews.az" elektron xəbər xidməti "gizmonews.ru" saytına istinadən bildirir ki, təqdim edilmiş "HealthMate" ev saunası infraqırmızı şüalar vasitəsilə qızır.

Ənənəvi üsuldan (isti daşların üzərinə su tökmək) fərqli olaraq yeni metod daha səmərəlidir. "HealthMate" saunalarını istehsal edən "PLH Products" şirkətinin vitse-prezidenti Senq-Li bildirib ki, insanlar ənənəvi saunada isinir, çünki buxar dərini örtür.

Bu, istirahət üçün yaxşıdır, lakin infraqırmızı sauna sağlamlıq baxımdan daha yaxşıdır. Məsələ ondadır ki, bədən infraqırmızı istiliyi 25 dəqiqə qəbul etdikdən sonra o, soyumağa başlayır. Bu an isə orqanizm özünü zəhərli maddələrdən təmizləməyə başlayır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL