waplog

Xəzər rayonunda müasir telefon stansiyası istifadəyə verilib


Bakının Xəzər rayonunun Gürgan qəsəbəsində NGN texnologiyalı 512 nömrə tutumlu müasir stansiya istifadəyə verilib. Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən verilən məlumata görə, stansiya Xəzər Telefon Qovşağı ilə optik kabel xətti ilə Zirə-Pirallahı magistralına qoşularaq rabitə ilə təmin olunub.

Burada vətəndaşların bütün multimedia xidmətlərindən istifadəsi üçün genişzolaqlı internetə çıxışı təmin edilib.

Əhaliyə yüksəkkeyfiyyətli telefon rabitə xidməti ilə yanaşı, sürətli internet xidməti ilə təmin edilməsi məqsədilə Xətai TQ-nin ərazisində olduğu kimi, optik kabel üzərindən EATS - 454-ün ərazisində 380 nömrəlik 1 ədəd, EATS - 459 Şağanın ərazisində isə 380 və 128 nömrəlik 2 ədəd "SMART-AX" şkafları quraşdırılıb.

Xəzər TQ-nin ərazisində optik kabel vasitəsilə 19 ədəd yeni avadanlıq quraşdırılaraq abunəçilərə müasir multimedia xidmətləri təklif olunur.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL