waplog

Smart-kart əməliyyatlarında yaranmış problemlər aradan qaldırılır


Smart-kart tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi və qış fəsli ilə əlaqədar olaraq smart-kart əməliyyatlarının kəskin artması ilə əlaqədar yanvarın 15-də bir neçə saat ərzində qeyd olunan kartlara ödənişlərin edilməsində bəzi texniki problemlər müşahidə olunub.

Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən məlumat verilib. Şirkət bildirir ki, sözügedən məsələ ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi və ödəniş xidmətlərini həyata keçirən “Komtec” şirkəti tərəfindən görülmüş birgə operativ tədbirlər nəticəsində gərginlik aradan qaldırılıb.

Eyni zamanda, kartların işini dəstəkləyən serverlərin gücünün artırılması və digər istiqamətlərdə həyata keçirilən əlavə tədbirlər qısa zaman ərzində bu problemlərin tam həllinə nail olmağa imkan verəcəkdir.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL