waplog

Bütün regionlar CDMA rabitəsinin əhatə dairəsinə qatılacaq


"Aztelekom" İB-nin CDMA simsiz rabitə xidməti şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində Sumqayıt şəhərində, Abşeron rayonunun Hökməli qəsəbəsində, Füzuli rayonunun Böyük Bəhmənli yaşayış məntəqəsində, Qazax rayon mərkəzində yeni baza stansiyaları quraşdırılmaqla bu ərazilər də şəbəkənin əhatə dairəsinə daxil edilib.

Birliyin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev bizimlə söhbətində bildirdi ki, gələcək perspektivdə bütün rayonlarda CDMA şəbəkəsinin yaradılması nəzərdə tutulub. Bunun üçün kifayət qədər baza stansiyalarının və avadanlıqların alınıb qurulmasına ehtiyac olduğunu bildirən baş direktor müavini texnologiyanın səmərəli nəticələr verəcəyini əminliklə bildirdi.

O, bu texnologiya haqqında daha geniş şəkildə danışaraq bildirdi ki, CDMA rabitə sistemi 1993-cü ildə Amerika telekommunikasiya sənayesi assosiasiyasında İS-95 standartına uyğun olaraq standartlaşdırılmışdır. Hazırda bu, ən müasir mobil telefon sistemi hesab olunur. CDMA texnologiyası İTU tərəfindən 3-cü nəsil mobil rabitə sisteminin hazırlanması üçün əsas kimi tövsiyə olunub.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL