waplog

“Win Phone 2” müsabiqəsinə start verildi


2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ölkədə bu sahənin daha da inkişaf etməsinə təkan verir. Bu dəstəkdən mənəvi ruhlanaraq, informasiya texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon Azerbaijan” layihəsi çərçivəsində daha bir müsabiqəyə start verilir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, “Bakcell”in baş sponsorluğu, “Microsoft Azerbaijan”, “Nokia” və “Mobitel”in təşkilati dəstəyi ilə keçirilən müsabiqənin təşkilatçısı “İlk Addımlar” elektron tədris layihəsidir. Mobil tətbiq müəllifləri üçün nəzərdə tutulan “Win Phone 2” adlı növbəti müsabiqə 21 yanvar – 10 mart 2013-cü il tarixlərini əhatə edəcək.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə müsabiqənin Təşkilat Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, yarışmanın keçirilməsində əsas məqsəd Azərbaycanda “Windows 8” platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir. Yarışmaya iştirakçı olaraq qatılma şərtləri isə çox sadədir.

Bunun üçün 21-31 yanvar 2013-cü il tarixləri arasında “www.hackathonazerbaijan.org” saytına daxil olaraq qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyatdan keçən şəxslərin müsabiqədə iştirakçı olaraq təmsil olunmaları müvafiq seçim əsasında müəyyənləşəcək. Cari ilin fevral ayının 3-də isə yarışmada iştirak hüququ qazanan iştirakçılar üçün ilk təlim reallaşdırılacaq.

Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur. Məlumat üçün bildirək ki, “Hackathon” – haker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. “Hackathon”un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL