waplog

Tezliklə güclü mini-kompüter satışa çıxarılacaq


ABŞ-da fevralın 1-dən yeni "ProBox 2" mini-kompüterinin satışlarına start veriləcək. Qurğunun qiyməti 89,99 dollar təşkil edir. Mini-kompüter 1,6 QHs takt tezliyində işləyən ikinüvəli prosessor, 1 qiqabayt əməli yaddaş və ayrıca qrafik sistemlə təchiz edilib.

"Android" mobil əməliyyat sistemi ilə işləyən kompüter "FullHD" formatlı videonu göstərməyə "qadirdir", onda oyunlar oynamaq, "Wi-Fi" modulu ilə internetə daxil olmaq, ofis sənədlərini redaktə etmək və sair mümkündür.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, "ProBox" mini-kompüteri "HDMI", 2 ədəd "USB" portla təchiz olunub. "ProBox 2"-nin tədarük dəstinə, həmçinin xüsusi idarəetmə pultu daxildir. Onu "siçan" qismində istifadə etmək olar.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL