waplog

“Bey-Bric” körpüsündə möhtəşəm animasiya yaradılacaq (VİDEO)


San-Fransiskoda yerləşən məşhur "Bey-Bric" körpüsü yalnız bir çox film və fotoların üzü deyil, həm də bəşəriyyətin misilsiz mühəndislik rəmzidir. Bu əfsanəvi konstruksiya 75 yaşını qarşılamağa hazırlaşır. Yubiley körpüdə zərif yüksəktexnologiyalı animasiyanın yaradılması ilə qeyd olunacaq.

"ICTnews.az" elektron xəbər xidməti "gizmonews.ru" saytına istinadən bildirir ki, "Bay Lights" nyu-yorklu rəssam Leo Villyarealın yaratdığı incəsənət layihəsidir.

Layihə möhtəşəm və valehedici animasiya yaradacaq 25 min işıq diodu lampasının yerləşdirilməsini nəzərdə tutur. Bu şounu bir neçə kilometr məsafədən belə seyr etmək mümkün olacaq. Bu incəsənət əsəri martın 5-də işə salınacaq və animasiya təxminən 2 il ərzində körpünü bəzəyəcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL