waplog

Mobil cihazlar üçün elektron imzanın tətbiqinə başlanıldı


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi e-hökumət həllərində, o cümlədən "Elektron hökumət" portalında elektron imzadan istifadə edilməsi üzrə işləri genişləndirməkdədir. Mövcud imkanlarla yanaşı, mobil qurğulardan da istifadə edilməsi üçün autentifikasiya və mobil elektron imza sisteminin yaradılması üzrə işlər aparılır.

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində mobil cihazlardan istifadə edərək e-hökumət portalına sürətli, müasir və yüksək təhlükəsizliyə malik olan autentifikasiya sisteminin hazırlanması ilə əlaqədar təqdimat keçirilmişdir.

Yaradılmış sistem istifadəçilərə iki faktorlu autentifikasiya sxemindən istifadə edərək, internet vasitəsilə smart telefonlar, tablet kompüter kimi mobil cihazlarda xüsusi proqram vasitəsinin quraşdırılmasını, onunla rəqəmli sertifikatların yaradılmasını və sonra QR kodu skan edilərək e-hökumət portalına (istənilən informasiya portallarına inteqrasiya mümkündür) daxil olmağı təmin edir.

Sistemin həyata keçirilməsi nazirliyin strategiyasının mühüm tərkib hissəsidir və əsas məqsəd istifadəçilərin "Elektron hökumət" portalından şəffaf, səmərəli və təhlükəsiz şəkildə istifadəsinə şərait yaratmaqdır. Təqdim olunan üsul dünyada e-hökumət resurslarına daxilolmanı təmin edən innovativ mobil autentifikasiya vasitələrindən biridir.

Gələcəkdə sistem mobil cihazlardan hüquqi qüvvəli elektron imzalarla istifadəçilərin sənəd imzalamasına və onun aidiyyəti dövlət orqanlarına və ya istənilən digər ünvana göndərilməsinə imkan verəcəkdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İKT sahəsində bütün texnoloji yenilikləri və innovasiyaları öyrənərək vətəndaşlarımızın istifadəsinə təqdim etmək və təşviq etmək istiqamətində işlərini davam etdirir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL