waplog

Maliyyə və bank xidmətlərinin tətbiqi ilə əlaqədar treninqlər keçirilib


Maliyyə və bank xidmətlərinin tətbiqi ilə əlaqədar olaraq "Azərpoçt" MMC-nin əməkdaşları üçün Dünya Bankının və İsveçrənin "SECO" təşkilatının fəal dəstəyi ilə çoxsaylı treninqlər keçirilib.

Müəssisədən verilən məlumatda bildirilir ki, treninqlərin növbəti mərhələdə regionlarda olan işçilər üçün də davam etdirilməsi, MMC-nin imicinin yenidən qurulması və 2011-12-ci illər üçün auditin aparılması məqsədilə hal-hazırda "SECO" təşkilatı ilə yeni layihə üzrə danışıqlar bitib.

Layihə Nazirlər Kabineti tərəfindən imzalanıb, artıq icrasına başlanılıb. Yuxarıda qeyd edilənlərdən başqa, "Azərpoçt" MMC-nin "SWIFT 7"-yə keçidi yekunlaşıb.

Mərkəzi Bankın tələblərinə görə, 2012-ci ilə kimi bütün banklar və maliyyə təşkilatları yeni "İBAN" hesablara keçməlidirlər. Bununla bağlı "Azərpoçt" MMC-nin hesablarının yeni "İBAN" hesablara keçməsi tam bitmişdir və hal-hazırda yeni "İBAN" hesabları tətbiq olunmaqdadır.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL