waplog

VI Astana İqtisadi Forumunda innovasiyalar müzakirə ediləcək


Cari ilin 22-24 may tarixlərində VI Astana İqtisadi Forumu keçiriləcək. İnnovasiyaların müzakirə ediləcəyi forumda 100 ölkədən 8500 nümayəndənin iştirakı gözlənilir.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. AZPROMO-dan bildirilib ki, forumun əsas müzakirə məsələlərinə monetar siyasət, ərzaq təhlükəsizliyi, turizmin inkişafı, alternativ enerji, investisiya bankçılığı, sərmayələrin cəlb olunması və digər məsələlər da daxildir.

Forumda dövlət başçıları, görkəmli siyasi və ictimai xadimlər, beynəlxalq təşkilatların və biznes korporasiyalarının rəhbərləri, tanınmış alimlər və "Nobel" mükafatı laureatlarının iştirakı gözlənilir.

VI Astana İqtisadi Forumunda iştirak etmək istəyən sahibkarlar, iqtisadçı ekspertlər və aidiyyəti təşkilatlar Qazaxıstanın Azərbaycandakı səfirliyinə (tel.: 012) 465-62-47/48) müraciət edə bilərlər.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL