waplog

“Azərpoçt” KÖMİS-də vergi, rüsum, digər büdcə ödənişləri, DSMF-nin məcburi dövlət sosial sığorta ödənişlərinin qəbuluna başlayıb


Vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin Milli Ödəniş Sisteminin bütün ölkəni əhatə edən geniş infrastrukturu vasitəsilə toplanması və ödəniş tranzaksiyalarının Dövlət Xəzinədarlıq Agentliyinin daxili informasiya sistemində birbaşa emalının təmin edilməsi məqsədilə "Azərpoçt" MMC tərəfindən Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemində (KÖMİS) vergi, rüsum, digər büdcə ödənişləri, eləcə də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta ödənişlərinin qəbuluna başlanılıb.

Ötən ildən həyata keçirilən bu proseslə yanaşı, MMC bir sıra tədbirləri də həyata keçirib. Onların nəticəsi olaraq, "Azərpoçt" MMC 2012-ci ildə Ümumdünya Poçt İttifaqının "Keyfiyyətin İdarə Edilməsi" üzrə "Qızıl Səviyyəli" sertifikatına və "Azərekspresspoçt" RM bu təşkilatın "EMS Kooperativi"nin 6 dəfə "Qızıl Pillə" sertifikatına layiq görülüb.

"Azərbaycan-Dünya Bankı İnkişaf naminə 20 illik tərəfdaşlıq" münasibətilə 14 dekabr 2012-ci il tarixində keçirilmiş tədbirdə ən yaxşı müəssisə kimi "Azərpoçt" MMC-yə "Ucqar kənd yerlərində müasir standartlara cavab verən xidmətlərin göstərilməsi" nominasiyası üzrə "Maliyyə xidmətlərinin inkişafı" layihəsi ilə bağlı sertifikat təqdim edilib.

Bundan başqa, 2012-ci il ərzində "Azərmarka" şirkəti tərəfindən 22 mövzuda 54 ədəd poçt markası, 2 növ markalanmış poçt zərfi, 12 növ markalanmamış poçt zərfi, 14 növ poçt kartı da dövriyyəyə buraxılıb.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL