waplog

“Samsung” tibbi texnika bazarını hədəf seçib


"Samsung Electronics" şirkəti Amerikanın "NeuroLogica" diaqnostik tibbi texnika istehsalçısını satın alıb. "ICTnews.az" elektron xəbər xidməti "vestifinance.ru" saytına istinadən bildirir ki, Koreya şirkəti sazişin qiymətini açıqlamayıb.

Press-relizə əsasən, "Samsung" bu firma üzərində tam nəzarətə sahiblənib. "Samsung tibbi tədqiqatlar bazarında yer tutmaq üçün öz ticarət markasının nüfuzundan və məişət elektronikasının yaradılması üzrə qabaqcıl təcrübəsindən istifadə etməyi planlaşdırır" – mesajda deyilir.

Qeyd edək ki, "NeuroLogica" "BodyTom" və "CereTom" kimi yığcam "KT" sistemlərinin istehsalçısıdır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL