waplog

Aydın Əliyev: “Fiziki şəxslər gömrükdən keçirdikləri mal və qiymətli əşyaları elektron qaydada qabaqcadan bəyan edə bilərlər”


Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin (VAİS) yaradılması, məlumatların yoxlanılması və emalı, yeni proqram təminatlarının yaradılması, korporativ şəbəkənin genişləndirilməsi, Azərbaycan Respublikasının xarici ticarətinin təhlilinin aparılması və gömrük statistikasının təkmilləşdirilməsi sahəsində bir sıra mühüm əhəmiyyət kəsb edən işlər həyata keçirilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikri DGK sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycan Gömrük Xidmətinin yaradılmasının 21 illiyi münasibətilə yazdığı məqaləsində bildirib.

Məqaləsində gömrük işi və informasiya texnologiyalarına toxunan sədr qeyd edib ki, kommunikasiya və informasiya təhlükəsizliyi istiqamətində - əlaqənin keyfiyyətini yaxşılaşdırmaq və məlumat mübadiləsinin sürətini artırmaq məqsədilə Bakı Baş Gömrük İdarəsinin Sahil və Bərə, Enerji Gömrük İdarəsinin Liman gömrük postlarında "Wi-Max" naqilsiz şəbəkəsi və Enerji Gömrük İdarəsinin Yeni Sanqaçal gömrük postunda peyk rabitəsi fiber-optik xətt ilə əvəz edilib. Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsində, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanı gömrük postunda, komitənin "Azterminalkompleks" Birliyində və Kinoloji Mərkəzdə lokal şəbəkə qurulub və fiber-optik xətt vasitəsilə DGK-nın korporativ şəbəkəsinə qoşulub.

Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "Wi-Max" vasitəsilə şəbəkəyə qoşulub, Enerji, Avtonəqliyyat, Aksiz, Şirvan, Yevlax gömrük idarələrində və Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda lokal şəbəkələr yenilənib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə komitənin elektron informasiya resurslarının ehtiyat (back up) server mərkəzi istismara verilib, elektron sənəd dövriyyəsinin idarə olunması və təhlükəsizliyinin təmin edilməsi üçün mərkəzi Mail Server yaradılıb və Anti-Spam filter sistemi tətbiq edilib və s. işlər görülüb.

Elektron gömrük xidmətləri sahəsində də mühüm tədbirlər həyata keçirilib. Gömrük-biznes əməkdaşlığı çərçivəsində vətəndaş-məmur təmasını minimuma endirmək məqsədilə xarici iqtisadi fəaliyyət iştirakçılarının (XİF) həyata keçirdikləri ayrı-ayrı gömrük əməliyyatlarının gömrük orqanlarına bilavasitə gəlmədən və 24//7 saat rejimində həyata keçirilməsini təmin etmək üçün komitənin rəsmi internet saytında "XİF iştirakçısının şəxsi kabineti" bölməsi yaradılıb.

Hazırda bu bölmə vasitəsilə bir sıra əməliyyatların aparılması - gömrük rəsmiləşdirilməsi və gömrük qaydaları haqqında XİF iştirakçısına lazım olan informasiyaların əldə olunması; gömrük rəsmiləşdirilməsi ilə bağlı müraciətin elektron qaydada təqdim olunması; müxtəlif vətəndaş sorğuları, ərizə və şikayətlərin qəbulu; mal və nəqliyyat vasitələrinin ilkin bəyan olunması və gömrük rəsmiləşdirilməsi ilə bağlı Mərkəzi Gömrük Ekspertiza İdarəsinə müraciət olunması mümkündür. Bundan başqa, bütün sərhəd-gömrük orqanlarında "məlumat köşkləri" quraşdırılıb.

Burada fiziki şəxslər köşklərdən istifadə etməklə gətirdikləri (apardıqları) əşya və valyutaları gömrük orqanında bəyan edə bilirlər. Həmin şəxslər köşklərdən gömrük rəsmiləşdirilməsi və gömrük qaydaları haqqında lazımi məlumatlar da əldə edə bilərlər.

"Fiziki şəxslər üçün gömrük bəyannaməsi" avtomatlaşdırılmış sistemi yaradılıb ki, Azərbaycana gələn və ya respublika ərazisini tərk edən fiziki şəxslər bu sistemdən istifadə etməklə gömrük sərhədlərindən keçirdikləri malları və qiymətli əşyaları öz vaxtlarına qənaət etməklə elektron qaydada qabaqcadan bəyan edə bilərlər. DGK-nın internet saytında yaradılmış imkandan istifadə etməklə bu şəxslər komitənin mobil qrupları ilə əlaqə yaradıb məlumat verə və ya yardım da istəyə bilərlər.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL