waplog

Doktorant və dissertantların attestasiyası keçirilib


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) doktorant və dissertantların attestasiyası keçirilib. İnstitutdan bildirilib ki, informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə mövzulara dair attestasiyada 32 doktorant və dissertant iştirak edib.

İnstitutun doktorant və dissertantlarının attestasiyasına həsr olunmuş iclaslarda mövzularla bağlı müzakirələrdə elmi şura üzvləri təklif və tövsiyələrini bildiriblər. Dissertasiya işlərində qoyulmuş məsələlər üzrə məqalələrin nüfuzlu beynəlxalq jurnallarda dərcinin əhəmiyyəti vurğulanmışdır.

Qeyd edilibki, hər bir doktorant və dissertant inkişaf etmiş ölkələrdə mövcud problemin vəziyyətinin monitorinqinin nəticələri ilə tanış olmalı, bu məsələlərlə məşğul olan elmi mərkəzlər haqqında lazımi məlumatlara malik olmalıdır.

Doktorant və dissertantların attestasiyasına həsr olunan iclaslarda 21 nəfər attestasiya edilmiş, 3 nəfərə şərti vaxt verilib, 8 nəfər isə attestasiyadan keçməyib.

Bundan əlavə, texnika elmləri doktorluğuna iddialı olan 2 nəfər attestasiya olunub, 5 nəfərin isə dissertasiya mövzusu təsdiq edilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL