waplog

Texnoparklarla bağlı seminarlar keçiriləcək


Qafqaz Universiteti Texnoparkı məşhur təlimçi Dr. Ufuk Batumun təqdimatında "Təşəbbüskarlıqda yeni fürsətlər" seminarını təşkil edib. Seminarda Qafqaz Universitetinin bakalavr və magistr tələbələri ilə yanaşı, məzunları da iştirak edib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Qafqaz Universiteti mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev məlumat verib. Onun sözlərinə görə, Qafqaz Universiteti Texnoparkının İnkubasiya Mərkəzində keçirilən seminar gənclər arasında yeni fikirlərin inkişaf etdirilməsinə, innovativ yanaşmanın tədris sisteminə inteqrasiyasının sürətləndirilməsinə yönəlik istiqamətverici müzakirələrlə davam etdirilib:

"Qafqaz Universiteti Texnoparkı seminarların maraqla qarşılanmasını və əhəmiyyətini nəzərə alaraq, gələcəkdə bu fəaliyyətlərin vaxtaşırı keçirilməsini planlaşdırır".

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL