waplog

“xPhone”-un texniki xüsusiyyətləri məlum olub


Kevlar materialdan hazırlanmış korpusa malik olacaq "X Phone" cihazı 128 QB daxili fləş-yaddaşla təchiz ediləcək. "Android 5.0 Key Lime Pie" əsasında işləyəcək cihazın cari ilin mayında təqdim ediləcəyi gözlənilir.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "Google" şirkəti "Android" platforması ilə işləyəcək "X Phone" kod adlı "ağıllı" telefonun lazımi möhkəmliyini və davamlılığını təmin etmək üçün Kevlar materialdan hazırlanmış korpusdan istifadə etməyi planlaşdırır. "DuPont" şirkətinin istehsalı olan Kevlar materialı "Motorola"nın bəzi mövcud smartfonları, həmçinin avtomobil şinlərinin möhkəmliyinin artırılması, asma körpülərin konstruksiyaları və fərdi zirehli mühafizə vasitələrində istifadə edilir.

Ötən ay "Google" nümayəndələri bildiriblər ki, "ağıllı" telefon hazırlamasında avtonom iş vaxtı daha bir əsas prioritet sayılır. "X Phone"-da avtonom iş vaxtının müddətini "Motorola MAXX" modelində quraşdırılmış batareya vasitəsilə artırmaq planlaşdırılır. Bu batareyanın həcmi 3300 milliamper/saat təşkil edir.

Rəsmi məlumatlara əsasən, bu cür batareya 20 saat danışıq və ya 380 saatdan çox gözləmə rejiminə kifayətdir. "X Phone"-un xüsusiyyətlərinə gəlincə isə ekranın diaqonalı 4.8-5 düym təşkil edəcək, dördnüvəli prosessorla təchiz ediləcək, yaddaşı isə "microSD" formatlı kartla artırmaq mümkün olacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL