waplog

Virtual ödəmə kartını SMS vasitəsilə əldə etmək mümkündür


"AzeriCard" prosessinq mərkəzi Azərbaycan Beynəlxalq Bankı ilə birgə "Ani Kart" virtual ödəmə kartının SMS vasitəsi ilə dərhal əldə olunması imkanını yaradıb.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə prosessinq mərkəzinin məlumatında deyilir. Virtual kartı almaq üçün YENI valyuta (AZN/USD/EUR), məsələn YENI AZN, komandası 7111 qısa nömrəsinə göndərilir və internet vasitəsi ilə alış-veriş aparmaq üçün VİSA və ya MasterCard kartlarının bütün lazımi rekvizitləri SMS ilə telefona daxil olur. Həmin kart istər Azərbaycanın, istərsə də xarici internet səhifələrdə istifadə oluna bilər. Ani Virtual kartını hədiyyə etmək də olar. Bunun üçün HEDIYYE , mobil telefonun nömrəsi və valyuta (AZN/USD/EUR), məsələn HEDIYYE 0501234567 AZN qeyd olunmalıdır.

Hal-hazırda xidmətdən yalnız "Azercell" abunəçiləri istifadə edə bilərlər. Məlumat üçün bildirək ki, bir mobil telefon nömrəsinə müxtəlif valyutalarda 3 kart sifariş etmək mümkündür. Virtual Kart 1 il müddətinə buraxılır. Kartın aylıq qiyməti 0.99 AZN təşkil edir. Kart sahibləri balansı artırmaq üçün Kart Transfer və ya Cash to any Card xidmətlərindən istifadə edə bilərlər.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL