waplog

Yüksək Texnologiyalar Parkının yaradılması ilə bağlı məsələlər müzakirə olunub


AMEA Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti iclası keçirilib.

"İCTnews" elektron xəbər xidmətinə AMEA-dan bildirilib ki, büro üzvləri və institut direktorlarının iştirak etdiyi iclasda FRTEB-in akademik-katibi, akademik Akif Hacıyev gündəlikdə duran məsələlər barədə məlumat verib. İclasda "Azərbaycan Respublikası Prezidentinin "Yüksək Texnologiyalar Parkının yaradılması haqqında" 5 noyabr 2012-ci il tarixli Fərmanının icrası haqqında" AMEA-nın 21 noyabr 2012-ci il tarixli sərəncamının və "Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası haqqında" AMEA-nın 14 yanvar 2013-cü il tarixli sərəncamının icrası məsələləri müzakirə olunub.

Həmçinin AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilməsi, AMEA Kibernetika İnstitutunda keçirilmiş attestasiyanın nəticələri, Kibernetika və İnformasiya Texnologiyaları institutlarında elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 2012-ci ildə keçirilmiş qəbulun nəticələri haqqında da fikir mübadiləsi aparılıb.

Tədbirdə Radiasiya Problemləri İnstitutunun "Radiasiya tədqiqatları" ("Radiation Research") adlı elmi jurnalının nəşri, riyaziyyat üzrə elmlər doktorları K.Mənsimov, M.Mərdanov və T.Məlikovun birgə yazdıqları monoqrafiyaya qrif verilməsi məsələlərinə də baxılıb.

İclasda 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında prezidentin sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində "Tədbirlər Planı"nın hazırlanması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, biznes sektoru və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət İşçi Qrupunun yaradıldığı qeyd edilib, bu məsələ ilə bağlı təkliflər müzakirə edilib. Sonda bir sıra kadr məsələlərinə də baxılıb.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL