waplog

Ölkə başçısının sədrliyi ilə Dövlət Proqramının icrasına həsr olunmuş konfrans keçirilir


Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans işə başlamışdır.

Dövlət başçısı mərkəzdə 2003-2012-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri əks etdirən sərgi ilə tanış oldu. Sərgidə 2003-2012-ci illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın ayrı-ayrı sahələri - sənaye, infrastruktur, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya və s. sahələr üzrə iqtisadi inkişafı əks etdirən göstəricilər yerləşdirilmişdir.

Bildirildi ki, 2003-2012-ci illərdə ümumi daxili məhsul üç dəfə, o cümlədən qeyri-neft sektorunda 2,4 dəfə, orta aylıq əmək haqqı 5,1 dəfə artmışdır. Bu dövrdə ölkənin strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard ABŞ dolları təşkil etmişdir.

Prezident İlham Əliyev konfransı giriş nitqi ilə açdı.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL