waplog

125 il əvvəl “The Financial Times” qəzeti işıq üzü görüb


1888-ci il fevralın 13-də dünyanın ən nüfuzlu işgüzar qəzetlərindən biri "The Financial Times" cari brend altında işıq üzü görüb. Xatırladaq ki, qəzet əvvəlcə "London Financial Guide" adlandırılmış və işinə 1888-ci il yanvarın 9-da başlamışdı.

Əsası Şeridan qardaşları tərəfindən qoyulmuş qəzet məqsəd kimi qarşısına maliyyə elitasının nümayəndələrinə keyfiyyətli işgüzar informasiya çatdırmağı qoymuşdu. Mövcud "The Times" qəzeti keyfiyyətli mətbuat nümunəsi olsa da, lakin auditoriyanın tələbatına tam cavab vermirdi. Qəzet əvvəldən sarımtıl-çəhrayı rəngli kağızda çap edilirdi, çünki o, daha ucuz idi.

O vaxtdan etibarən "The Financial Times" qəzetinin səhifələrinin rəngi dəyişməmiş və onun vizit kartına çevrilib. 1995-ci ilin mayında qəzet "FT.com" saytını istifadəyə verib. 2002-ci ilədək onlayn materiallara giriş açıq idi, lakin bu cür siyasət qəzetin çap versiyasına tələbatı azaltdığına görə, sayta girişi pullu abunə üzrə açmaq haqqında qərar qəbul edilmişdi. Hazırda qəzet dünyanın 24 ölkəsində ingilis dilində çıxır. Onun tirajı təxminən 360 min nüsxə təşkil edir. Qəzetin auditoriyası 2,2 milyondan çoxdur.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL