waplog

“Ağıllı” telefon ən yaxşı fotonu özü seçəcək


"Apple" şirkəti mobil qurğu ilə çəkilmiş fotoların keyfiyyətinin artırılması texnologiyası üçün patent ərizəsini təqdim edib. Bu barədə "AppleInsider" saytı yazıb.

"ICTnews.az" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, mobil qurğularda optik sistemlərdən istifadə mümkün olmadığına görə istehsalçılar keyfiyyətli foto əldə etmək üçün müxtəlif fəndlərdən istifadə etməli olur.

"Apple"-ın təqdim etdiyi patent ərizəsində ifadə edilmiş metoda əsasən, foto ilə şəkil çəkmək üçün proqramı işə saldıqdan sonra qurğu fotosensordan əldə olunmuş şəkli fasiləsiz olaraq xüsusi buferdə saxlamağa başlayır. İstifadəçi çəkiliş düyməsinə sıxdıqdan sonra buferdən ən yaxşı keyfiyyətli şəkil çıxarılaraq saxlanılacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL