waplog

Qazaxıstanlı alimlər Azərbaycanda ixtisaslarını artıracaqlar


Qazaxıstanın Aktau şəhərində yerləşən Yesenov adına Kaspi Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin əməkdaşları Azərbaycanda ixtisaslarını artıracaqlar.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA Geologiya İnstitutundan (Gİ) məlumat verilib. İnstitutdan qeyd edilib ki, bu məqsədlə ölkəmizə gələn bir qrup gənc alimə Gİ-də ixtisasartırma kursu keçiləcək: "Onlar 5 ay ərzində Azərbaycan alimlərindən neft, neft geologiyası, quyuların qazılması və yataqların işlənilməsi sahələri üzrə bilik alacaqlar. Kurs Qazaxıstan Prezidentinin "Bolaşaq" Fondunun dəstəyi ilə təşkil edilib".

Geologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyevin sözlərinə görə, fond ilk dəfədir ki, qazaxıstanlıların Azərbaycana elmi səfərini dəstəkləyir. Geologiya İnstitutunun Elmi Şurasının toplantısında qonaqlardan üçünün – Akmaral Koyşina, Manşuk Sarbopeyeva və Maral Karajanovanın fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün elmi-tədqiqat mövzuları təsdiq olunub.

Xarici qonaqlar azərbaycanlı həmkarları ilə birgə tədqiqatlarda, o cümlədən çöl işlərində də iştirak edəcəklər.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL