waplog

“IBM” korporasiyası Azərbaycanda nümayəndəliyinin açılmasına münasibət bildirib


Dünya miqyaslı “IBM” korporasiyası Azərbaycanda nümayəndəliyin açılması ilə bağlı məsələyə münasibət bildirib.

“ICTnews.az” elektron xəbər xidməti bildirir ki, “IBM”-in MDB üzrə satış direktoru Serqey Tabulin Bakı şəhərində keçirilmiş mətbuat konfransında korporasiyanın Azərbaycanla əməkdaşlığa hazır olduğunu bildirib. “Biz bu tərəfdaşlıq üçün heç bir maneə görmürük” – S.Tabulin bildirib.

O, həmçinin vurğulayıb ki, “IBM” korporasiyası uzun müddətdir Azərbaycanda biznesin inkişafı ilə məşğul olur. “Bundan başqa, bizim MDB ölkələrində fəaliyyətimizi möhkəmləndirmək üçün proqramımız var” – o deyib. Həmçinin “IBM”-in Mərkəzi Asiya və Zaqafqaziya ölkələri üzrə direktoru Maksim Junusov qeyd edib ki, hazırda şirkət MDB ölkələri ilə tərəfdaşlığın inkişafı məsələlərinə böyük önəm verir. O, “IBM” korporasiyasının Azərbaycanda uzun müddət fəaliyyət göstərdiyini vurğulayıb.

"Biz Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, yerli İT şirkətləri ilə birlikdə fərdi kompüter, proqram təminatı, xidmət həlləri və sairədən başlayaraq ən müxtəlif istiqamətlər üzrə işlər görmüşük. Müəyyən uğurlar əldə olunub" – M.Junusov bildirib.

“IBM” korporasiyasının Yüksək Texnologiyalar Parkında iştirakına dair təklif olub-olması ilə bağlı suala cavab verən M.Junusov qeyd edib ki, hələ ki belə təklif edilməyib, lakin şirkət Azərbaycanla tərəfdaşlığın bütün imkanlarını nəzərdən keçirməyə hazırdır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL