waplog

Bu gün maliyyə informasiyasının tədarükçüsü dünyasını dəyişib


1899-cu il fevralın 25-də “Röyters” informasiya agentliyinin banisi Reyter dünyasını dəyişib. O, 1816-cı ildə Almaniyada doğulub. Reyter ilk jurnalist təcrübəsini Paris şəhərində alıb.

O, hazırda “France-Presse” kimi tanınan “Charles-Louis Havas” agentliyində işləyib. Lakin Reyter şəxsi səbəblərdən Almaniyaya geri qayıtmalı olub və Aahen şəhərində öz informasiya agentliyini yaradıb.

Agentlik poçt göyərçinləri vasitəsilə Brüsselə maliyyə informasiyası tədarük edirdi.

Poçt göyərçinlərindən istifadə o dövr üçün inqilabi qərar idi. Poçt göyərçinləri qatarlardan daha sürətli olduğuna görə informasiya daha operativ çatdırılırdı. Lakin teleqrafın yaradılması ilə agentliyin xidmətlərinə ehtiyac azaldığına görə Reyter Londona köçərək orada “Röyters” informasiya agentliyini yaradıb. Agentlik London fond birjasından Parisə məlumat tədarük edirdi.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL