waplog

2016-cı ilədək mobil qurğular bazarının həcmi 2.6 milyarda çatacaq


"Canalys" tədqiqat şirkətinin proqnozuna əsasən, 2016-cı ilədək noutbuk, planşet fərdi kompüterlər, "ağıllı" telefonlar və digər mobil telefon növləri daxil olmaqla mobil qurğuların tədarük həcmi 2,6 milyarda çatacaq.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, mütəxəssislərə görə, bu seqmentin ən sürətli inkişaf edən kateqoriyası planşetlər olacaq: illik artım (CAGR) 35% olacaq, 2016-cı ilədək planşet tədarüklərinin həcmi 384 milyon təşkil edəcək. Bu qurğuların əksəriyyətinin ekranının diaqonalı 7 düym olacaq.

"Apple iOS" qarşıdakı bir neçə il ərzində planşet seqmentində əsas platforma olaraq qalacaq, lakin onun bazar payı 57-dən 40%-dək azalacaq. Artım tempinə görə ikinci yerdə "ağıllı" telefonlar yer alacaq; bu cür qurğular kateqoriyasında illik artım göstəricisi 18% təşkil edəcək. Üç il sonra onların tədarük həcmi iki dəfə artacaq və 1,3 milyardı ötəcək. Aparıcı əməliyyat sistemi "Android" olacaq. 2013-cü ildə "Google"-un mobil platformasının bazar payı ən yüksək həddinə çataraq 71% olacaq, bundan sonra isə azalaraq 2016-cı ilədək 66% olacaq.

Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə "ağıllı" telefonlar bazarında "Android"in bazar payı 68%, "iOS"-da 20% və "BlackBerry"-də isə 5% olub. Adi telefon bazarında isə azalma gözlənilir.

"Canalys" tədqiqat şirkətinin proqnozuna əsasən, 2013-cü ildə "ağıllı" telefonlar tədarük həcminə görə ilk dəfə adi telefonları ötəcək. Noutbuk seqmentində, həmçinin tədarük həcminin azalması gözlənilir. Planşetlərin populyarlaşması sayəsində 2014-cü ildə noutbuklar tədarük həcminə görə planşetlərə uduzacaq və daha iki il sonra bazara yalnız 169 milyon noutbuk tədarük ediləcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL