waplog

"Win Phone 2" müsabiqəsinin növbəti təlim məşğələsi baş tutub


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, “Bakcell”in baş sponsorluğu, “Microsoft Azerbaijan”, “Nokia” və “Mobitel” şirkətlərinin təşkilati dəstəyi ilə keçirilən müsabiqənin Xəzər Universitetində növbəti təlim məşğələsi baş tutub. Budəfəki təlimçilər Elvin Əsədov, Niyaz Abbasov və Ellada Mustafayeva olublar.

Qeyd edək ki, "Win Phone 2" müsabiqəsinin təşkilatçısı “İlk Addımlar” elektron tədris layihəsidir. Mobil tətbiq müəllifləri üçün nəzərdə tutulan "Win Phone 2" adlı növbəti müsabiqə 21 yanvar – 10 mart 2013-cü il tarixlərini əhatə edəcək. Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda “Windows 8” platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.

Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur. Məlumat üçün bildirək ki, “Hackathon” haker neologiyasıdır.

Bu kontekstdə keçirilən tədbirlərdə proqramçılar birləşərək müxtəlif problemləri həll edir, layihələr hazırlayır və yarışır. “Hackathon”un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL