waplog

Elektron qurğulara nəzarət edən qolbaq yaradılıb


Daşınan elektron cihazlar getdikcə populyarlaşır. Bu cür qurğuların idarə edilməsi məsələsi isə açıq olaraq qalır.

"ICTnews.az" elektron xəbər xidməti "vestifinanace.ru" saytına istinadən bildirir ki, "Thalmic Labs" mühəndislərinin fikrincə, rəqəmli qurğuları kontaktsız rahat şəkildə idarə etmək üçün üsul mövcuddur.

Şirkətin mütəxəssislərinin hazırladığı "MYO" adlanan qolbaq vasitəsilə noutbuk və pleyerdən tutmuş radio ilə idarə olunan modellərə kimi müxtəlif elektron cihazları idarə etmək mümkündür.

Qolbaq qurğu ilə "Bluetooth" (hərəkət radiusu - təxminən 10 metr) simsiz interfeysi ilə "ünsiyyət" yaradır və aşağıdakı qaydada işləyir: qolbaq insanın əlinə möhkəm yapışır və son dərəcə həssas datçiklərdən istifadə edərək bazu önündəki əzələlərin hərəkətlərini izləmək bacarığına malikdir.

Beləliklə, qurğu əzələ yığılmalarının kombinasiyası haqqında məlumatları oxuyaraq istifadəçinin əllə hansı hərəkət etdiyini müəyyən edir. Qurğunun qiyməti təxminən 149 dollar təşkil edəcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL