waplog

“3D” printerdə avtomobil çap edilib


Kanadalı mühəndis Cim Kor “3D” printerdə çap edilmiş “Urbee 2” avtomobilini nümayiş etdirib.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, avtomobilin ölçüsü kiçik olsa da, lakin çox yüngül, qənaətcil və ən əsası ekoloji cəhətdən təhlükəsizdir.

Avtomobil üç təkər üzərində hərəkət edir və onda iki nəfər otura bilər. Cim Kor artıq öz hazırlamasına 14 ilkin sifariş alıb. Bir ədəd “Urbee 2” avtomobilinin quraşdırılmasına 2500 saat vaxt tələb olunur və onun qiyməti 50 min dollar təşkil edir. “Urbee 2” avtomobili az yanacaq işlədir və onun çəkisi 540 kiloqramdır.

Cim Kor “Urbee 2”-dən əvvəl traktor, avtobus, hətta hovuzlar layihələşdirib. O, həmçinin “3D” çap istehsalı ilə məşğul olan “Kor Ecologic” firmasını yaradıb. O, layihəsinin maşınqayırma sənayesində əsl inqilab müjdəçisi olmasından əmindir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL