waplog

“Facebook” nasazlıqlar haqqında informasiya verənə pul mükafatı ödəyəcək


Dünyanın ən böyük sosial şəbəkəsi təhlükəsizlik, boşluqlar və istifadəçilər üçün müxtəlif təhlükələr barədə “Facebook Security Team“ə məlumat verən istifadəçilərə pul mükafatı ödəyəcək. Məlumat üçün bildirək ki, “Google” şirkəti “Chrome” səyyahı üçün oxşar addımı reallaşdırır. “Chrome” ilə bağlı yaradıcılar hər boşluq (ən ciddi boşluğa görə şirkət 3134 dollar ödəyib) üçün informasiyaya görə 500-1000 dollar almaq şansına malikdirlər.Məlumata görə, bəzi ən aktiv testerlər “Google” şirkətindən 10-15 min dollar alıblar. “Facebook”da boşluq ilə bağlı informasiya üçün ödəniləcək məbləğ bildirilmir. Amma şəbəkənin fəaliyyət miqyasını və İT təhlükələrin ciddiliklərini nəzərə alaraq pul mükafatının az olmayacağı ehtimal edilir.
“Facebook” məhsullarının təhlükəsizliyi üzrə direktor Aleks Rouz bildirib ki, şirkət hal-hazırda pul mükafatı proqramının hazırlamasını bitirir və gələcək həftə onun haqqında daha ətraflı məlumatlar dərc edəcək. Cümə günü “Facebook” yeni “Whitehat Hacking” portalı açıb. Artıq müstəqil tədqiqatçılar boşluqlar haqqında xəbərləri göndərə bilərlər. Keçən həftə “Google”-dan bildiriblər ki, 1 ilyarımdan bir qədər çox müddət ərzində şirkət “Bug Bounty” proqramının işlərinə 300 mindən çox dollar ödəyib.


cybersecurity.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL