waplog

“Ultra” şirkəti “HP” şəbəkə avadanlıqları üzrə “Gold-Specialist” statusu aldı


"Preffered Partner Gold HP specialist" statusuna malik olan "Ultra" şirkəti şəbəkə texnologiyaları sahəsində lider olan "HP" şirkəti tərəfindən "Registered Networking Specialist" (RNS) statusuna layiq görülüb. "RNS" statusuna yalnız "HP Prefferred Partner" proqramının iştirakçıları sahib ola bilər, bu da "Ultra" şirkətinin şəbəkə texnologiyaları sahəsində peşəkar təcrübəyə malik olmasından xəbər verir.

"RNS" statusuna malik mütəxəssislər, əsasən, böyük və orta biznes üçün xidmət həllərinin satışına diqqət ayırır, alıcılara öz bizneslərinin intensiv inkişafı üçün işlənib hazırlanmış təhlükəsiz və sərfəli məhsulları təklif edirlər. "Hewlett-Packard" üzrə ixtisaslaşma "HP" xidmət həlləri və məhsulları ilə işləmə bacarığını nümayiş etdirir.

"Ultra" şirkətinin status əldə etməsi sayəsində istehlakçılar "HP"- nin texniki dəstəyindən, həmçinin, "HP" yüksək keyfiyyətli məhsullarına endirim əldə edə bilərlər.

Qeyd edək ki, "Ultra" şirkəti Azərbaycan bazarında "HP" məhsullarının satış və xidmətinə görə lider şirkətlərdən biridir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL