waplog

Sərt disk bazarının həcmi azalıb


“IHS iSuppli” analitik şirkətinin yeni hesabatına əsasən, 2012-ci ilin son rübündə sərt disk bazarının həcmi yenidən azalıb.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ötən ilin dördüncü rübündə sərt disklərin tədarük həcmi 2,4% azalaraq 135,8 milyon olub. Sərt disk satışlarından əldə olunan gəlirin həcmi, həmçinin azalaraq 8,4 milyard ABŞ dolları olub.

Sərt disk bazarında qeydə alınmış növbəti azalma fərdi kompüter bazarındakı aşağı tələbat və əvvəlki rüblərdən yığılıb qalmış artıq HDD ehtiyatları ilə bağlıdır. Mobil cihazlar fərdi kompüterləri getdikcə daha çox sıxışdırır. Alıcılar noutbuk və masaüstü kompüterlər əvəzinə “ağıllı” telefon və ya planşetlərə üstünlük verirlər. Eyni zamanda fləş-yaddaş və sərtgövdəli daşıyıcılar kimi alternativ saxlama növləri populyarlaşır.

Bununla belə, sərt disklər bazarda ən ucuz informasiya daşıyıcısı olaraq qalır. Deməli, rəqəmli məzmunun böyük hissəsi əvvəlki kimi onlarda saxlanılacaq.

Ekspertlər hesab edir ki, 2013-cü ilin birinci rübündə vəziyyət çox güman ki, dəyişməyəcək. Bu seqmentdə qüvvələr nisbətinə gəlincə, “Western Digital” şirkəti sərt disklərin tədarük və satış həcminə görə ən böyük istehsalçı olaraq qalır. Sonrakı yerlərdə “Seagate Technology” və “Toshiba” qərarlaşıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL