waplog

“Qazaxıstanın neft və qaz kompleksinin innovativ inkişafı” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək


25-26 aprel, 2013-cü il tarixində Qazaxıstanın Aktau şəhərində "Qazaxıstanın neft-qaz kompleksinin innovativ inkişafı" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib. Mərkəzdən bildirilib ki, konfransda geologiyanın, işləmələr, dağ-mədən, ekologiyanın, Qazaxıstan və xaricdə karbohidrogenlərin hasilatı və nəqli kimi aktual problemləri ilə məşğul olan, elmi-tədqiqat institutlarından, ali təhsil müəssisələrindən və müəssisələrdən alimlər və sahibkarlar iştirak edəcəklər.

Bölmə iclaslarının "Neft və qaz yataqlarının geologiyası və işlənməsi", "Neft və qaz yataqlarının torpaq və dənizdə birgə infrastrukturunun layihələndirilməsi", "Karbohidrogen xammalının nəql edilməsi və hasilatı", "Flüidlərin fiziki-kimyəvi araşdırılması və dağ-mədən süxurlarının petrofiziki öyrənilməsi", "Neft və qaz sənayesinin ekoloji problemləri" və "Neft və qaz sənayesinin sosial-iqtisadi aspektləri" kimi istiqamətlərdə keçirilməsi nəzərdə tutulur.

Mərkəzdən bildirilib ki, konfrans haqqında daha ətraflı məlumatla "www.king.kz" saytında tanış olmaq mümkündür.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL