waplog

“Azərpoçt” MMC yeni müqavilələr imzalayıb


"Azərpoçt" MMC ilə "AZQOLDNET" MMC arasında müqavilə imzalanıb. Bu barədə müəssisənin Poçt-marketinq şöbəsinin rəisi Adil Rəhmanov məlumat verib. Onun sözlərinə görə, müqaviləyə əsasən, poçt operatorunun poçt şöbələrində şirkətin reklam daşıyıcıları yayımlanacaq.

Bundan əlavə poçt şöbələrində "AZGOLDNET" şəbəkəsi vasitəsilə göstərilən xidmətlər üzrə ödənişlərin qəbulu da həyata keçiriləcək.

Poçt rabitəsi və kuryer xidmətlərinin göstərilməsi məqsədi ilə "İTECA CASPİAN" MMC ilə 6 saylı PF arasında, reklam etiketlərinin yayımının təşkil edilməsi məqsədi ilə "Azərikom" MMC ilə, poçt xidmətlərinin göstərilməsi məqsədi ilə isə Pakistan Bankın Bakı filialı ilə 1 saylı PF arasında müqavilə imzalanmasına nail olunub.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL