waplog

Azərbaycanla Rumıniya İKT və vakuum texnologiyalarının istehsalı sahəsində investisiya imkanlarını araşdıracaqlar


Azərbaycanla Rumıniya İKT və vakuum texnologiyalarının istehsalı sahəsində investisiya imkanlarını araşdıracaqlar. Tərəflərə bu imkan martın 14-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Rumıniya Biznes Forumunda yaradılacaq.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən İqtisadi İnkişaf Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, biznes forumda hər iki tərəfdən informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə yanaşı, sənaye, kənd təsərrüfatı, maliyyə, energetika, nəqliyyat, tikinti, mədən sənayesi, vakuum texnologiyalarının istehsalı və digər sahələri təmsil edən şirkətlər iştirak edəcək.

Tədbirdə hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL