waplog

Bakıda İT şirkətləri üçün beynəlxalq konfrans keçirildi


Bu gün Bakıda «İKT ili» çərçivəsində İT şirkətlər üçün beynəlxalq praktik konfrans keçirilib. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, konfransda MDB ölkələrini təmsil edən bir neçə İT ekspertlər iştirak ediblər.

«RBC group» şirkətinin təşkil etdiyi tədbirdə «QlikView» proqram təminatı təqdim olunub. Şirkətin ölkə üzrə drektoru Zaur İbrahimov konfransın keçirilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstək verdiyini önə çəkərək bildirib ki, bir günlük konfrans zamanı bir sıra MDB ölkələri ilə «video-körpülər qurulacaq və «QlikView» proqram təminatı ətrafında fikir mübadiləsi aparılacaq.

Onun sözlərinə görə, sözügedən «QlikView» biznesin inkişafının stimullaşdıran bir proqramdır və artıq MDB-nin bir neçə ölkəsində tətbiq olunur.

Bildirilib ki, bu proqram biznes strukturlarına taktiki və strateji qərarların qəbulunda keyfiyyətcə yeni dərəcəyə keçməsində, əsas əməkdaşların təsirliyini yüksəldilməsində və eyni zamanda, şirkətin xərclərini xeyli endirmək məsələlərində köməklik göstərməsində, üstəlitk biznes məlumatların ən yeni iş konsepsiyasının qurulmasında çox gözəl vasitədir.

Konfrans zamanı, fəaliyyət göstərən və tərkibində biznes təhlilin ətraflı instrumentarisi olan analitik əlavələrin, satiş, ehtiyat maliyə, alış və s. sahələrində ən yaxşı təcrübəçi- analitiklərin, əsas göstərici panellərinin, analiz instrumentlərinin, modelləşdirilmə və proqnozlaşdırilmanın nümayişi keçirilib.

Bundan başqa, RBC Group və QlikTech kompaniyalarının nümayyəndələri "Business Discovery" konsepsiyasının istifadə imkanlarından, 2012-ci ildə həyata keçirilən layihələrindən, ümumiyyətlə, «QlikView» ekosisteminin inkişaf planlarından söhbət açılılıb.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL