waplog

Türkiyə rəhbərliyi “Turkcell”in səhmlərini nəzarətdə saxlayır


Türkiyə rəhbərliyi ölkənin ən böyük mobil rabitə operatoru olan “Turkcell”in idarəetmə şurasından, onun əsas səhmdarları olan “Alfa Qrup”un, “Telia Sonera”nın və “Cukurova”nın nümayəndələrini xaric edib. Rusiya mətbuatının məlumatına əsasən, Türkiyənin Fond bazarları üzrə şurası “Turkcell”in idarəetmə şurasına üç müstəqil üzv təyin edib.

Şirkətin idarəetmə şurasından “TeliaSonera” şirkətinin nümayəndəsi Tero Kivisaarin, “Alfa qrup”un maraqlarını müdafiə edən Oleq Malis və “Cukurova”nın nümayəndəsi Mehmet Bülent Ergin xaric edilib. Onların yerinə Ahmet Akça, Atilla Koç və Mehmet Hilmi Güler təyin edilib.

Türkiyənin “Daily News” nəşrinin məlumatına əsasən, onlardan iksi keçmiş nazirlər - Mehmet Hilmi Güler və Atilla Koç, üçüncü müstəqil rəhbər isə Bezm-i Alem Universitetinin qəyyumlar şurasının rəhbəridir. Bu tədbirlərin görülməsi “Turkcell” şirkətinin ölkə rəhbərliyinin türk şirkətlərindən müstəqil rəhbərlərin sayının artırılması ilə bağlı tələbini yerinə yetirməməsi ilə izah edilib.

Son təyinatlardan öncə “Turkcell”in idarəetmə şurasında yeddi üzv var idi – “Cukurova”, “TeliaSonera” və “Alfa qrup” şirkətlərinin hər birindən 2 nəfər və 1 nəfər müstəqil üzv – Kolin Uilyam. “TeliaSonera” və “Alfa qrup” Kolin Uilyamı müstəqil hesab etmədiklərinə görə şuranın yenidən seçilməsini tələb edirlər, o isə bir neçə ildir ki, bu məsələni səhmdarlar iclasının müzakirəsinə çıxarmaqdan imtina edir.

Bu səbəbdən Türkiyənin Fond bazarları üzrə şurasının son qərarı “TeliaSonera” və “Cukurova” şirkəti tərəfindən müsbət qəbul edilib. “Alfa qrup” isə təəssüf edib ki, “Cukurova”nın destruktiv hərəkətləri Türkiyə rəhbərliyini bu cür tədbirin görülməsinə məcbur edib və bu dəyişikliklərin müvəqqəti xarakter daşıdığına ümid etdiyini bildirib.

Qeyd edək ki, 2005-ci ildə “Cukurova” şirkəti “Turkcell”in səhmlərinin 27% “TeliaSonera” şirkətinə 3,1 mlrd. dollara satmağı vəd edib, bu da “TeliaSonera”ya operatorun nəzarət paketində payını 37%-dən 67%-dək artırmağa imkan verəcəkdi. Lakin bu anlaşma “Alfa qrup” un üzündən baş tutmayıb, çünki səhmlərin 13,3%-i rusiyalılara 1,6 mlrd. dollara satılıb, 13,7% isə 1,7 mlrd. dollar məbləğində kreditin alınması üçün girov qoyulub.

AYNUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL