waplog

Macarıstan şirkəti Azərbaycanda birgə müəssisə yaratmaq arzusundadır


Macarıstanın “DSS Consalting” şirkəti Azərbaycanda birgə müəssisə yaratmaq arzusundadır.

Bakıda keçirilən Azərbaycan-Macarıstan işgüzar forumunda iştirak edən Macarıstan şirkətinin rəhbəri Bela Farkas “ICTnews”-a bildirib ki, səfər çərçivəsində artıq üç yerli şirkət ilə görüş keçirib və danışıqlar aparıb. “Macarıstanda biz üç sektorda fəaliyyət göstəririk: hökumət sektoru, energetika, bank texnologiyaları və telekommunikasiya sahələrində.

Bizim üçün böyük maraq kəsb edən sahə informasiya texnologiyaları sahəsində konsaltinq xidmətlərinin göstərilməsidir. Bugünkü biznes-forum çərçivəsində mən artıq 3 Azərbaycan şirkəti ilə görüş keçirmişəm, bu görüşlərdən ikisi ümidverici təəssürat yaratdı, bu, “Aurasiya Technologies” və “Bisness Servis Center” şirkətləridir”- deyə B. Farkas bildirdi.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL