waplog

Yerli sığorta şirkəti yeni elektron servis istifadəyə verib


Müştəri xidmətlərinin keyfiyyətini təkmilləşdirməyə davam edən “AXA MBASK” sığorta şirkəti müştərilərlə səmərəli çalışma üsullarının tətbiqində daha bir addım kimi mobil telefon rabitəsinə əsaslanan yeni elektron servisi işə salıb.

“ICTnews” elekton xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, avtosığorta müqavilələri üzrə sığorta iddiasının emalı haqqında müştəriləri məlumatlandırmağı sadələşdirmək məqsədi ilə (işin gedişatı barədə müştəri şirkətə müraciət etmədən qabaq xəbər etmək, işin təqib öhdəliyini müştərinin üzərindən götürmək və s. üçün) şirkət yeni “SMS bildirişləri” xidmətini tətbiq edib.

Bundan sonra şirkətin müştərilərinə işin açılması, sığorta hadisəsinin həllinə məsul şəxslərin təyini, hadisənin araşdırılması mərhələləri (məsələn, “araşdırmağa qəbul olunub”, “zəruri sənədlər əskikdir” və s.), məsələnin həll olunması haqda həmin an “SMS bildirişləri” göndəriləcək. Yeni xidmət şirkətin müştəriləri üçün pulsuzdur. Hansı mobil operatorun nömrəsini işlətdiyinə baxmayaraq hər müştəri sığortaçıdan “SMS bildirişləri” alacaq.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL