waplog

Rumıniyanın 4 İKT şirkəti Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır


Bu gün Bakıda keçirilən Azərbaycan-Rumıniya biznes forumunda İKT sahəsi üzrə ixtisaslaşan 4 rumın şirkəti iştirak edib.

Tədbir çərçivəsində keçirilən işgüzar görüşlər zamanı qəza siqnalizasiyası və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən "UTI" şirkətinın, artıq yerli bazara öz proqram təminatlarını təqdim edən "Siveco" və "AMİ Communications" şirkətlərinin, "CSR – Centrul pentru Serbvicii de Radiocommunicatii SRL" şirkətlərinin nümayəndələri ikitərəfli görüşlər keçiriblər. "AMİ Communications" şirkəti yerli "Azərbaycan Electronics" şirkəti ilə görüş keçirərək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Kommunikasiya və informasiya texnologiyaları infrastrukturunun yaradılması üzrə şəbəkələrin qurulması layihələrini həyata keçirən "CSR – Centrul pentru Serbvicii de Radiocommunicatii SRL" şirkəti Azərbaycan hökumət sektoruna, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə - 112 və ya 911 tipli vahid çağırış xidmətinin (qaynar xəttinin), neft emalı sahəsində fəaliyyət göstərən müəssisələrin neftdaşımalarında iştirak edən dəmiryol nəqliyyatının monitorinq sistemlərinin yaradılmasını təklif edir.

Şirkət həmçinin "TETRA" standartında peşəkar mobil radiorabitə xidmətlərinin təşkilində iştirak edir.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL