waplog

Radio və televiziya yayımı üçün yeni proqram təminatı təqdim olunub


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun iştirakı ilə "Teleradio" İstehsalat Birliyində "İnfoSpace" MMC tərəfindən hazırlanmış "Radio və televiziya yayımı stansiyalarında yerləşdirilmiş avadanlıq haqqında interaktiv məlumat-sorğu sistemi", "Müasir radiosiqnal qəbulediciləri bazasında interaktiv radionəzarət sistemi" layihələrinin təqdimatı keçirilib və respublikada rəqəmli televiziya yayımının mövcud vəziyyəti müzakirə olunub.

Tədbirdə "İnfoSpace" MMC-nin direktoru Qəzənfər Orucov, rəhbəri olduğu şirkət, onun tərəfindən hazırlanan proqram təminatları və elmi layihələr haqqında ümumi məlumat verib və təqdim olunan hər iki proqram təminatına dair geniş müzakirələr aparılıb.

Bildirilib ki, "Teleradio" İB və Dövlət Radiotezliklər İdarəsi tərəfindən istismar ediləcək proqram təminatlarının təkmilləşdirilməsi üçün işlər aparılmalıdır.

Sonda Ə.Abbasov "İnfoSpace" MMC ilə bir neçə birgə layihələrin müvəffəqiyyətlə həyata keçirildiyini qeyd edərək, adı çəkilən yerli şirkətin xarici bənzər şirkətlərlə rəqabət aparacaq elmi-texnoloji potensiala malik olduğunu bildirib. Eyni zamanda, şirkətin innovativ layihələrinin təkmilləşdirilməsi və region ölkələrində tətbiqi imkanlarının öyrənilməsi ilə bağlı tapşırıq verib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL