waplog

“Bakcell”: “Ayda bir dəfə ödə və rahat ünsiyyət üçün hər şey əldə et”


"Bakcell" şirkəti "Ayda bir dəfə ödə və rahat ünsiyyət üçün hər şey əldə et" məhsul fəlsəfəsi ilə özünün "Klass" subbrendi çərçivəsində yeni tariflər portfelini təqdim edib.

"ICTnews"un məlumatına görə, tariflərin təqdimatına həsr olunmuş mətbuat konfransında "Bakcell" şirkətinin marketinq direktoru Aynur Abjanova bildirib ki, "Klass" məhsulu tam yenilənib.Yeni "Klass" aylıq danışıq, mesajlaşma və mobil internet ehtiyaclarından asılı olaraq "Klass L", "Klass XL" və "Klass XXL" tarif paketlərindən ibarətdir.

"Klass L" paketinin istifadəçiləri ayda sadəcə 5 AZN ödəyib 100 ölkədaxili dəqiqə, 100 ölkədaxili SMS və 100 MB internet trafikindən faydalanacaqlar. "Klass XL" abunəçiləri ayda cəmi 10 AZN ödəyib 240 ölkədaxili dəqiqə, 250 ölkədaxili SMS və 250 MB internet trafiki əldə edəcəklər.

"Klass XL" abunəçiləri isə ayda cəmi 25 AZN ödəyib 750 ölkədaxili dəqiqə, 750 ölkədaxili SMS və 750 MB internet trafiki əldə edəcəklər.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL