waplog

Azərbaycanın “R.I.S.K.” şirkəti “Cisco”-nun “Advanced Borderless” statusunu alıb


Azərbaycanın “R.I.S.K.” şirkəti fəaliyyətini genişləndirməyə imkan verən “Cisco”-nun “Advanced Borderless” statusunu alıb.

Şirkətin mətbuat xidmətinin məlumatına əsasən, “R.I.S.K.” bu ixtisaslaşma səviyyəsinə nail olmaq üçün peşəkar hazırlıq, proqram təminatı, layihələndirmə və kompleks həllərini genişləndirmək üzrə “Cisco”nun tələblərinə cavab vermək üçün bütün şərtləri yerinə yetirib.

Hazırda “R.I.S.K.” Azərbaycanda bu ixtisaslaşmaya cavab verən yeganə şirkətdir və bu mövqeyini qoruyub saxlamaq üçün səy göstərməkdə davam edir. “Cisco Advanced Borderless” şəbəkə arxitekturası müştərilərin geniş çeşid tələblərinə cavab verməyə imkan verir.

“Borderless” şəbəkə arxitekturu təşkilatlara “Cisco”nun istənilən texniki arxitekturuna istənilən yerdən, qurğudan və istənilən vaxt təhlükəsiz, etibarlı və asan doğulma imkanı təqdim edir. 

AYNUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL