waplog

Bu gün yeni poçt şöbələri istismara veriləcək


Bu gün “Azərpoçt” MMC tərəfindən Şəki RPF-nin 5 saylı və Salyan PF-nin Qaraçala poçt şöbələrinin yeni binaları istifadəyə veriləcək. Müəssisədən verilən məlumata görə, istifadəyə veriləcək binalar müasir texniki avadanlıqla və mebel ilə təchiz olunacaqlar.

Bu poçt şöbələrində məktub, bağlama və banderolların, teleqramların, poçt-pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pul köçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, bank və maliyyə xidmətlərinin göstərilməsinə şərait yaradılacaq.

Qeyd edək ki, “Azərpoçt” MMC bütün respublika ərazisində 1600-ə yaxın poçt şöbəsi vasitəsilə vətəndaşlara bütün poçt və maliyyə xidmətləri göstərir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL