waplog

“AzScienceNet”in monitorinqi üzrə hesabatlar təqdim olunub


AMEA İnformasiya Texnologiyaları İnstitutunda “AzScienceNet”in monitorinqi üzrə hesabatlara həsr olunmuş iclas keçirilib.

İnformasiya Texnologiyaları İnstitutundan verilən məlumata əsasən, iclasın keçirilməsində əsas məqsəd “AzScienceNet”in fəaliyyətinin daha səmərəli təşkili, onun idarəolunması və keyfiyyətinin qiymətləndirilməsi işlərinin gücləndirilməsidir.

İnstitutun sektor müdiri Babək Nəbiyev monitorinq hesabatlarının məlumat mənbələri, hesabatların növləri, istifadəçi profillərinə görə trafikin paylanması, monitorinq hesabatlarının periodikliyi və s. haqqında ətraflı məlumat verib.

Sonda hesabatlara dair müzakirələr aparılıb, rəy və təkliflər bildirilib. 

AYNUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL